Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" yoldaşlıq oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Dadaşovun komandası Almaniyanın "Auqsburq" klubu ilə qarşılaşıb.
Matç almaniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı hücumçu matça start heyətində çıxıb və fasilədə əvəzlənib.