"Mançester Yunayted" Portuqaliya millisinin hücumçusunu transfer etmək istəyir

"Mançester Yunayted" Portuqaliya millisinin forvardı ilə maraqlanır.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa klubunun diqqətini DÇ-2022-də yeganə het-trik müəllifi Qonsalo Ramoş çəkib.

Mançester təmsilçisi 21 yaşlı forvard üçün “Benfika”ya müraciət edib.

Kriştiano Ronaldo ilə müqaviləyə xitam verildikdən sonra "qırmızı şeytanlar" qış "transfer pəncərəsi"ndə hücumçunu heyətinə qatmaq niyyətindədir.

Ramos bu mövsüm Portuqaliya Superliqasında 11 matçda 9 qol vurub. 

Forvard 2020-ci ildən "Benfika"nın əsas komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right