"Atletiko" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

"Atletiko"(Madrid) Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, Madrid klubu "Lester"in üzvünü heyətinə qatmaq niyyətindədir. İspaniya təmsilçisinin baş məşqçisi Dieqo Simeona Çağları şəxsən sərəncamında görmək istəyir.

Bu mövsüm türkiyəli müdafiəçi "Lester"in heyətində cəmi iki matça çıxıb. 

​"Altınordu", "Frayburq"da oynamış Çağlar 2018-ci ildən "Lester"in formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right