Pepe hakimləri ittiham edib, Argentinaya söz atdı

Portuqaliya millisinin müdafiəçisi Pepe DÇ-2022-nin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, görüşü idarə edən Fakundo Tellonun rəhbərlik etdiyi argentinalı hakimlər briqadasını tənqid edib: “Mərakeş qol vurduğu üçün şanslı idi. Komanda yoldaşlarımla fəxr edirəm. Qarşılaşmada qalib gəlmək üçün çox çalışdıq.

Bruno Fernandeşə qarşı kobudluğa görə penalti verə biləcəkləri anı görmədim. Bu mundialda qalib gəlmək şansımız var idi. Matçdan sonra bizdə belə bir hiss yarandı ki, hakimlər briqadası təkəbbürlüdür. Argentina çempion olacaq! Bu oyunda beş argentinalı hakim var idi! Başqa nə deyə bilərəm... Gəlin görək, nə baş verəcək”.

Qeyd edək ki, sözgedən görüşdə baş hakim Fakundo Tello, onun köməkçiləri Ezequel Brailovski, Qabriel Kade və VAR hakimləri Mauro Viqliano, Dieqo Bonfa, Xuan Pablo Belatti  Argentina Futbol Federasiyasından olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right