"Dünya çempionatında hələ işimiz bitməyib" Mərakeş millisinin baş məşqçisi

“Möhtəşəm Portuqaliya komandası ilə qarşılaşdıq. Maksimum nəticə əldə etməyi hədəfləyirik. Kapitanımız zədəli idi, amma bizdə hər bir oyunçu mübarizə aparır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Oyundan əvvəl futbolçulara demişdim ki, Afrikanın tarixini yazmalıyıq. Və biz bunu etdik. Biz güclü tərəflərimizə əsaslanaraq irəlilədik. Bu mərhələni nə vaxt keçəcəyimizi düşünürdük və indi uğur qazanmışıq. Amma hələ işimiz bitməyib" - deyə o bildirib.

Mütəxəssis daha sonra söyləyib: "Portuqaliya bizim üçün İspaniyadan daha çox problem yaratdı . Bu, çox texniki komandadır.

Mən başa düşmürəm ki, insanlar bizi necə tənqid edə bilərlər. Əlimizdən gələnin ən yaxşısını oynayırıq, əlimizdə olan silahlardan istifadə edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right