Sautqeyt: "Fransaya problem yaradacağıq"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/4 finalında Fransa ilə keçirəcəkləri matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib: 

“Dünya çempionatının 1/4 finalı kimi matçlarda sadəcə müdafiə olunmağın, öz meydanınıza qapanmağın mənası yoxdur. İnanırıq ki, Fransaya problem yaradacağıq. Biz bütün turnir boyu getdiyimiz yola sadiq qalmalıyıq".

Qeyd edək ki, İngiltərə - Fransa matçı dekabrın 10-u keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right