Neymar Pelenin rekordunu təkrarladı

Neymar Braziliya millisində qol sayına görə əfsanəvi oyunçu Pelenin rekordunu təkrarlayıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu DÇ-2022-nin 1/4 finalında Xorvatiya ilə hazırda davam edən matçda fərqlənməklə nail olub. Nəticədə o, yığmada 77-ci qolunu vurub.

Bununla da Neymar Pelenin rekordunu təkarlayıb. 

PSJ-nin forvardı bu göstəriciyə 124, Pele isə 92 matçda çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right