“Barselona”nın idman direktoru Yordi Kroyff qış transferlərindən danışıb. O, İspaniya təmsilçisinin yaxın zamanlarda hansısa oyunçunu alacağına əmin deyil.
Newsport.az xəbər verir ki, Memfis Depayı “Roma”ya icarəyə göndərəcəkləri ilə bağlı xəbərləri təkzib edən Kroyff deyib: “Klub prezidenti maliyyə “feyr-pley”i üzündən vəziyyətin yaxşı olmadığını açıqlayıb. Oyunçu almağımız demək olar k, mümkün deyil. Bu, bədbin olmaq məsələsi deyil, reallıq belədir. Bir şey mümkün deyilsə, şərtləri zorlamaq məsləhət görülmür”.
İdman direktoru hazırkı heyətin mövsümü başa vurmaq üçün yetərli olduğu qənaətindədir: “Dünya Çempionatına 17 futbolçu göndərmişik. Deməli, çox yaxşı, milli komandaların ehtiyac duyduğu səviyyədə oyunçularımız var”.