Rednapp Uolkerin Mbappeni dayandıracağına əmindi

İngiltərə futbolunun əfsanələrindən olan Hari Rednapp ölkəsinin milli komandasının Fransa ilə oyunu barədə danışıb. O, hər iki komandanın yarımfinala adlamaq üçün şansının olduğunu düşünür.

Newsport.az xəbər verir ki, Rednapp matçın taleyi bir futbolçunun əlində deyil: “Əksəriyyət Kilian Mbappeni dayandırmağın vacibliyini deyir. Məncə, İngiltərənin belə problemi yoxdur. Mbappeyə qarşı oynamağa müdafiəçi axtarırsınızsa, o zatən bizdə var. Kilianı dayandırmaq üçün dünyanın sağ cinah müdafiəçiləri arasında ən yaxşını axtarmaq istəsəz, yenə Kayl Uolkerin üstündə dayanacaqsız”.

Qeyd edək ki, Qətərdə keçirilən Dünya Çempionatının ¼ finalında baş tutacaq İngiltərə – Fransa dueli sabah baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right