"Sevinirəm ki, növbəti rekordumu qırdın, dostum!"

Braziliya millisinin əfsanəvi futbolçusu Pele Fransa yığmasının hücumçusu Kilian Mbappenin onun rekordunu qırmasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb: "Təşəkkür edirəm Kilian Mbappe. Sevinirəm ki, bu dünya çempionatında növbəti rekordumu qırdın, dostum!"

Qeyd edək ki, Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. Daha əvvəl bu rekord Peleyə məxsus idi. O, 24 yaşına çatmamış 7 dəfə fərqlənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right