"Yuventus" italiyalı qolkiperi istəyir

"Yuventus" heyətini qapıçı ilə gücləndirməyi planlaşdırır.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi yayda Gilyelmo Vikarionu transfer edəcək. "Empoli"də göstərdiyi performansı ilə İtaliya millisinə də cəlb edilən qapıçı yayda "Yuve"nin yolunu tutacaq.

Vikarionun keçidi alınarsa, Voyçex Şesnının yayda komandadan göndərilə biləcəyi də ehtimal edilir.

​"Udineze" yetirməsi olan 26 yaşlı qolkiper "Venetsiya", "Kalyari", "Peruca" klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right