59 ilin ən böyük məğlubiyyəti

İsveçrə millisi son 59 illik tarixində ən böyük məğlubiyyətini alıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, komanda ötən gün DÇ-2022-nin 1/8 finalında Portuqaliyaya 1:6 hesabı ilə uduzub.

1963-cü ildən etibarən İsveçrə Portuqaliya ilə görüşədək belə böyük hesabla məğlub olmayıb. Komanda 1963-cü ildə İngiltərəyə 1:8 hesabı ilə uduzub. Həmin vaxtdan indiyədək milli komanda bütün yarışlarda heç vaxt 6-dan çox qol buraxmamışdı.

Qeyd edək ki, İsveçrəyə qalib gələn Portuqaliya millisi dekabrın 10-da 1/4 finalda Mərakeşlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right