Klopp imtina etdi, Tuhelə yol açıldı

Yürgen Klopp Almaniya millisində işləmək istəmir. O, təklif gələcəyi təqdirdə qəbul etməyəcəyini açıqlayıb.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis “Liverpul”dakı işinin ürəyincə olduğunu bildirib. Hətta İngiltərə təmsilçisindən ayrılsa belə, klub futbolunda yola davam etmək niyyətində olduğunu söyləyib.

Dünya Çempionatındakı uğursuz çıxışdan sonra Hans-Diter Flikin Almaniya millisinin baş məşqçi postundan ayrılacağı gözlənilir. Onu əvəz etməsi gözlənilən iki əsas namizəddən biri olan Kloppun imtinasından sonra Tomas Tuhelin təyinatı real görünür. “Çelsi”dən ayrıldıqdan sonra işsiz olan mütəxəssis özü də təklif gələrsə, qəbul edəcəyini bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right