Hazard yığma karyerasını bitirdi

Eden Hazard Belçika millisindəki karyerasına son qoyub. O, bir daha yığmada oynamayacağını açıqlayıb.

DÇ-2022-dəki uğursuz çıxışdan sonra Belçika millisində “yarpaq tökümü”nün başlayacağı gözlənilən idi. Bu barədə qərarını ilk verən isə “Real”ın hücumçusu oldu.

Gələn ay 32 yaşını tamamlayacaq oyunçu 2008-ci ildən milli komanda forması geyirdi. Meydana çıxdığı 126 oyunda 33 qol vurmağı bacaran Eden titul arzusuna çata bilmədi. Son iki ildə zədələr üzündən “Real”da müntəzəm oynaya bilməməsi onun yığmadakı çıxışına da təsursuz ötüşmürdü. Qətər mundialı isə fiaskoyla bitdi və nəticədə Hazard bida qərarı verdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right