"Messi hazırda bütün Argentinadır"

Braziliya millisinin futbolçusu Dani Alveş Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2022-dəki çıxışı barədə danışıb.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi mundialda 3 qola imza atan 35 yaşlı hücumçunu tərifləyib:

“Hazırda Messi bütün Argentinadır. Hər şey onun əlindən keçir, top daim onun ayağındadır. Düşünürəm ki, Messi əla formadadır. O, şübhəsiz ki, dünya çempionatında axtarılması lazım olan oyunçulardan biridir. Amma hələlik Argentina ilə mümkün yarımfinal haqda düşünməməliyik. Əvvəlcə 1/4 finalda Xorvatiyaya qarşı oynamalı olacağıq”.

Qeyd edək ki, dekabrın 9-u Argentina millisi 1/4 finalda Niderlandla, Braziliya isə Xorvatiya ilə qarşılaşacaq. Argentina və Braziliya mərhələ adlayacaqları təqdirdə dekabrın 13-ü yarımfinalda bir-birləri ilə qarşılaşacaqlar.

Əlavə edək ki, Messi DÇ-2022-nin 4 oyununda 3 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right