Ronaldo "Əl Nəsr"ə keçir? Özü açıqladı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, 37 yaşlı hücumçu "Record"a açıqlamasında bu məlumatların doğru olmadığını bildirib:

"Mən "Əl Nəsr"ə keçirəm? Xeyr, bu doğru deyil" - deyə Ronaldo qeyd edib.

Xatırladaq ki, İspaniyanın “Marca” qəzeti Ronaldonun “Əl Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də açıqlanacağını yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right