Mərakeşlilər final istəyir

“Mərakeş xalqını daha çoxu ilə sevindirmək istəyirik. Heyətimizlə qürur duyuruq. Bu da bizi daha yaxşı olmağa vadar edir. Oyunçularım möhtəşəm iş gördü. Dünyanın ən yaxşı komandalarından birinə, turnirin bəlkə də ən yaxşı millisinə qarşı əla mübarizə apardıq və qələbə qazandıq”  – bu sözləri Mərakeş millisinin baş məşqisi Valid Reqraqi DÇ-2022-nin 1/8 finalında İspaniyaya qalib gəldikləri oyundan sonra deyib.

“Matçda çox enerji itirdik. İspaniya bizi topa görə çox yordu. Amma dünyanın ən yaxşı qapıçılarından birinə sahibik” – deyə o bildirib.

Mütəxəssis hədəflərinin finala çıxmaq olduğunu vurğulayıb: “Daha da irəli getmək üçün mübarizəyə davam edəcəyik. Səylərimizin qarşılığını meydanda görmək gözəldir. Bu yola çıxarkən iddialı olmağımızın vacibliyini söyləmişdim. Futbolçular buna inandı. Çünki bütün oyunçular vətən üçün ölməyə hazırdırlar. Bu qələbəni Mərakeş xalqına həsr edirəm”.

Mərakeş millisi ispanları oyunsonrası penaltilər seriyasında mübarizədən kənarlaşdırıb. Afrikalılar 1/4 finalda Portuqaliya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right