“Atletiko” Feliksi satmağa razıdı

“Atletiko” rəhbərliyi Joao Feliksi satmağın əleyhinə deyil. Xil Marin İspaniya mətbuatına verdiyi açıqlamada bunu etiraf edib.

Newsport.az xəbər verir ki, Madrid klubunun rəsmisi təkliflərə açıq olduqlarını bildirib: “Portuqaliyalı ən üst səviyyədə bir oyunçudur. Amma baş məşqçimiz Dieqo Simeone ilə anlaşa bilmir, az oyun vaxtı alır. Bu səbəbdən onu ehtiyatda saxlamaqdansa, satmağı daha məntiqli sayırıq. Feliksin bizimlə davam etməsini çox istərdim, lakin reallıq bundan ibarətdir”.

Çox güman ki, qış fasiləsində Joao klubunu dəyişəcək. “Atletiko” Dünya Çempionatı bitdikdən sonra futbolçuyla transferi barədə yenidən məsləhətləşəcək və hamını razı salan təkliflərdən birini dəyərləndirəcək. 50 milyon avro dəyəri olan oyunçunu bir sıra İngiltərə nəhəni istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right