"Biz hücum edəndə Messi küncdə dincəlir" Van Deyk

Niderland millisinin müdafiəçisi Vircil van Deyk dünya çempionatının 1/4 finalında rəqibləri olan Argentina yığmasının lideri Lionel Messi haqda danışıb .

Newsport.az xəbər verir ki, "Liverpul"un futbolçusu "goal.com"a açıqlamasında Messiyə qarşı müdafiə olunmağın çətin olduğunu deyib:

“Çətinlik ondadır ki, biz hücum edəndə Messi küncdə və ya buna bənzər bir yerdə dincəlir. Müdafiənin təşkili baxımından çox diqqətli olmalıyıq. Həmişə əks-hücumlarda Messini axtarırlar. 

Bu, Van Deyklə Messi və ya Niderlandr ilə Messi arasında oyun deyil. Bu, Niderland ilə Argentina arasında bir oyundur. Heç kim Messini tək başına bağlaya bilməz. Biz yaxşı plan hazırlamalıyıq”.

Qeyd edək ki, Argentina ilə Niderland dekabrın 9-da qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right