Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə keçiriləcək oyununu buraxa bilər.

Newsport.az xəbər verir ki, o,  topuğundakı ağrılara görə komandasının bugünkü məşqində iştirak etməyib.

Komandanın liderlərindən forvard idman zalında bərpa prosesi keçir. Onun İngiltərə ilə qarşılaşmada meydana çıxıb çıxmayacağı bəlli deyil.

Dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Mbappe bu mundialda 4 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right