“Onun bizim dəstəyimizə ehtiyacı var” Vinisius

Braziliya millisinin və “Real”ın hücumçusu Vinisius Junior DÇ-2022-nin oyununda keçmiş futbolçu Pelenin fotosu olan baneri sərgiləmələrinə münasibət bildirib.

Newsport.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Pelenin onlara ehtiyacı olduğunu deyib:

“Kral”a ən yaxşısını diləyirik. Onun bizim dəstəyimizə ehtiyacı var”.

Braziliya yığması DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyanı məğlub edərək (4:1), 1/4 finala vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi Xorvatiya millisi olacaq.

Pele səhhətindəki problemlərə görə son illərdə tez-tez xəstəxanaya yerləşdirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right