Portuqaliya millisinin üzvü "Liverpul"a doğru

“Liverpul” “Benfika”nın müdafiəçisi Antonio Silva ilə maraqlanır.

Newsport.az “A Bola”ya istinadən xəbər verir ki, Lissabon klubu 19 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Yurgen Klopp müdafiə xəttini gücləndirmək üçün Silvanın transferini sürətlindirmək niyyətindədir.

Silva hazırda Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin iştirakçısı olan Portuqaliya millisinin düşərgəsindədir.

O, Cənubi Koreyaya qarşı (1:2) keçirilən görüşdə meydana çıxıb. 

19 yaşlı müdafiəçi "Benfika" yetirməsidir, bu ildən həm əsas komandada, həm də Portuqaliya yığmasında debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right