Prosineçki "Neftçi"ni çalışdıra bilər

Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçki Premyer Liqada işləyə bilər. 

Newsport.az “World Football News” portalına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın yerinə əsas namizəddir.

Məlumata görə, “ağ-qaralar”ın rəhbərliyi rumıniyalını göndərərək Prosineçkini bu posta təyin edəcək. 

Prosineçki 2014-2017-ci illərdə yığmamızı çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right