"Yuventus" A seriyasından kənarlaşdırıla bilər

“Yuventus” maliyyə fırıldaqlarına görə B Seriyasına düşmək riski ilə üzləşib. 

Newsport.az "La Repubblica"ya istinadən xəbər verir ki, bu barədə idman hüququ üzrə ekspert Mattia Qrassani məlumat verib: "Bu, "Yuventus"un indiyə qədər məruz qaldığı ən ciddi istintaqdır. Qeyri-qanuni fəaliyyətlər fond bazarı qaydaları ilə yanaşı, korporativ və idman qaydalarını da əhatə edir. Bu, görünməmiş haldır. “Yuventus” təkcə cərimə və cəza riski ilə üzləşmir. Qanuna görə, komandanı A Seriyasından xaric etmək mümkündür.

Qaydalar göstərir ki, əgər çempionata qeydiyyat sənədlərdə dəyişikliklər, 2021/2022 mövsümündə oyunçulara görə ödənişlərin təxirə salınması ilə bağlı özəl razılaşmalar və ya hətta uydurma imtina yolu ilə əldə edilirsə, klub çempionatdan kənarlaşdırıla və İtaliya çempionu titulunu itirə bilər”.

Qeyd edək ki, Turin klubunun gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödədiyi bildirilir. Noyabrın 29-da prezident Andrea Anyelli və onun müavini Pavel Nedvedin yer aldığı rəhbərlik istefa verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right