Yaponiya millisinin baş məşqçisi: "Nəticə acınacaqlıdır"

“Düşünürəm ki, təzyiqlərə tab gətirdik. 120 dəqiqəni meydanda keçirən futbolçular və penaltini yerinə yetirənlər cəsarət göstərdilər. Mən onların səylərinə görə təqdir etmək istərdim. Futbolçular böyük təzyiq altında mübarizə aparmağa çalışdılar".

Newsport.az xəbər verir ki, bu sözləri Yaponiya millisinin baş məşqçisi Hadzime Muriyasu DÇ-2022-nin 1/8 finalında Xorvatiyaya uduzduqları oyundan (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 1:3) sonra deyib.

O bildirilib ki,  qalib gəlmək istəyirdilər: "Nəticə acınacaqlıdır. Lakin bu, futbolçuların bütün səylərini puça çıxarmır. Final səkkizliyinə gedən yolda səddi aşa bilmədik. Amma oyunçular Yapon futbolunun yeni dövrünü nümayiş etdirdilər. Dünya çempionu Almaniya və İspaniyaya qalib gəldik. Biz öz qabiliyyətlərimizə arxayın olmalıyıq. Yapon futbolunun gələcəyi var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right