"Yaponiya bizi düzgün qiymətləndirmədi" Zlatko Daliç

“Futbolçularım təbrik edirəm, yaxşı oynadıq. Bu, əla nəticədir. Bütün matç ərzində mübarizə apardıq və mükafatlandırıldıq".

Newsport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin 1/8 finalında Yaponiyaya qalib gəldikləri oyundan (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:1) sonra deyib.

"Bu, mənə Rusiyada keçirilən dünya çempionatında yaşadıqlarımızı xatırlatdı. İlk hissədə oyuna nəzarət etdik, iki-üç əks-hücum bizi əsəbiləşdirdi. Sonra qol buraxdıq və özümüzü toparlamağa məcbur olduq. Yaponlar bizimlə matçın asan olacağını düşünürdülər, Xorvatiyanı düzgün qiymətləndirmədilər. Sona qədər irəliləyirik. Futbolçular yenə əzm və inam nümayiş etdirdilər" - deyə o bildirib.

Qeyd edək ki, Xorvatiya Rusiyada keçirilən DÇ-2018-də finala kimi yüksəlib. Komanda həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right