DÇ-2022: Portuqaliya və Mərakeş 1/4 finalda Yenilənib

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

 

Newsport.az-ın məlumatına görə, bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.

Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.

DÇ-2022

1/8 final

6 dekabr

19:00. Mərakeş - İspaniya - 0:0 (PENALTİLƏRLƏ - 3:0)

Baş hakim: Fernando Rapallini (Argentina)

"Edyukeyşn Siti" stadionu

 

23:00. Portuqaliya - İsveçrə - 6:1

Qollar: Qonsalu Ramuş, 17; 51; 67. Pepe, 33. Rafael Gerreyru, 55. Rafael Leao, 90+2 - Manuel Akanci, 58

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Lusail" stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right