Mövsüm başa çatdıqdan sonra "Neftçi”dən ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviçin yeni klubu bəlli olub.
Newsport.az-ın məlumatına görə, "Neftçi”dən ayrıldıqdan sonra bir müddət Rusiya Premyer Liqasında çıxış edən, "Krılya Sovetov”da baxışda olan, amma çıxışı rusiyalı məşqçilər tərəfindən bəyənilməyən Saşa karyerasını Yunanıstanda davam etdirəcək. Belə ki, O, Yunanıstan Superliqasında davam etdirən "Kerkira” klubunda davam etdirəcək. Klubun rəsmi saytı bu barədəməlumatı təsdiqləsə də, müqavilə müddətibarədə şərtlər açıqlanmayıb.
Qeyd edək ki, Saşa 2011-15 illər aralığında "Neftçi”də oynayıb. O, "flaqman” ilə Avropa Liqasının qrup mərhələsi oyunlarında iştirak edib.