Ronaldonun yeni komandası bəlli oldu

"Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz qalmış Kriştiano Ronaldo özünə yeni komanda tapıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu Səudiyyə Ərəbistanında oynayacaq.

Belə ki, 37 yaşlı futbolçu "Əl-Nəsr"lə anlaşıb. Ronaldonun yeni klubu ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. Məlumata görə, o, yanvarın 1-dən Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində çıxış edəcək. Müqavilə məbləğinin 500 milyon avro olduğu bildirilir.

​Rudi Qarsiyanın baş məşqçisi olduğu klubda Vinsent Abubakar, David Ospina, Talişka kimi futbolçular çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right