Sterlinqin evinin qarət olunması ingilis futbolçuları şoka salıb

İngiltərə millisinin üzvü Rahim Sterlinqin evinin qarət edilməsi Qətərdə olan yığmanın digər futbolçularını qorxuya salıb.

Newsport.az xəbər verir ki, Londondakı evi qarət olunduğu üçün Sterlinq ötən gün millinin düşərgəsini tərk edərək İngiltərəyə qayıdıb. 

Silahlı qarət zamanı Sterlinqin 3 uşağı və həyat yoldaşı evdə olub.

"Daily Mail" yazır ki, bu hadisə İngiltərə millisinin digər üzvlərini şoka salıb. Onların bir çoxu evlərində təhlükəsizlik tərbirlərini artırıb.

Xatırladaq ki, DÇ-2022-nin 1/8 finalında Seneqala 3:0 hesabı ilə qalib gələn İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right