Sautqeyt: "Amansız davrana biləcəyimizi göstərdik"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/8 finalına Seneqala qalib gələrək (3:0) 1/4 finala adlamaları barədə danışıb.

Newsport.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis yalnız nəticədən deyil, komandasının çıxışından da razı qaldığını deyib: 

“İlk 25 dəqiqədə bir az gərgin idik. Seneqalda çox enerji vardı, komanda yaxşı pressinq etdi. Ən yaxşı imkanlarımız mübarizədən sonra gəldi. Cud Bellinqhem və Cordan Henderson oyunun bu aspektində yaxşı idi. Soyuqqanlı davranmağımızdan , komandanın topla və topsuz işləməsindən məmnun qaldım  Qol vura biləcəyimizi göstərdik. Lazım olanda amansız davrana biləcəyimizi göstərdik. Həqiqətən vacib anlarda qol vurduq. Biz həmçinin göstərdik ki, qapını təmiz saxlaya bilərik. Bu, Fransaya qalib gəlmək üçün çox vacib olacaq”.

Qeyd edək ki, İngiltərə DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 10-da Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right