"Yuventus" 19 yaşlı futbolçu ilə müqavilə müddətini uzadacaq

"Yuventus" Samuel İlinq-Junior müqavilə müddətini uzatmaq üçün razılıq əldə edib.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Müqavilə müddəti uzadılarsa, o, 2027-ci ilin yayına qədər "qoca sinyora"ya aid olacaq. 

İlinq-Junior bu mövsüm Turin klubunun heyətində 4 oyuna çıxıb, 2 assitlə yadda qalıb. 

İngiltərəli futbolçu "Çelsi" yetirməsidir və 2021-ci ildən "Yuve"də çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right