"Çelsi"nin legioneri sabiq klubuna qayıda bilər

"Çelsi"nin futbolçusu Kristian Pulişiç "Borussiya"ya (Dortmund) qayıtmağa hazırlaşır.
Newsport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, maddi məsələlərdə razılıq əldə olunarsa, yarımmüdafiəçi Dortmund klubunda oynayacaq.

ABŞ millisinin üzvü hazırda "Çelsi"də illik 10 milyon avro maaş alır.

Pulişiç 2022/23 mövsümündə “Çelsi”də 18 matça çıxıb, 1 qol, 2 assistlə oynayıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

O, 2016-19-cu illərdə "Borussiya"da oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right