Pulişiç Almaniyaya qayıdır?

“Çelsi”nin hücumçusu Kristian Pulişiç “Borussiya”ya (Dortmund) qayıda bilər.

Newsport.az-ın məlumatına görə, keçid üçün futbolçu maaşının azaldılmasına razı olmalıdır. Çünki Almaniya təmsilçisi hazırda onun İngiltərədə qazandığı məbləği – 10 milyon avronu ödəməyə hazır deyil.

Pulişiç 2022/23 mövsümündə “Çelsi”nin heyətində 18 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Pulişiç 2016-19-cu illərdə Dortmund klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right