Türkiyə klubu ukraynalı futbolçu ilə yollarını ayırdı

Türkiyənin "Adana Demirspor" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Yaroslav Rakitski ilə yollarını ayırıb. Bu barədə "mavi şimşəklər"in mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, "Adana Demirspor" Yaroslav Rakitskini mövsümün əvvəlində heyətinə qatmışdı. 33 yaşlı futbolçu adanalıların heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right