Afrikalıların Braziliya üzərində ilk qələbəsi

Baziliya millisi dünya çempionatları tarixində ilk dəfə Afrika komandasına uduzub.

Newsport.az-ın məlumatına görə, bu nəticə ötən gün DÇ-2022-nin 3-cü turunda Kamerunla oyunda qeydə alınıb.  

Kamerun millisi Cənubi Amerika təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib.

Buna qədər afrikalılar mundiallarda Braziliya millisi ilə 7 dəfə qarşılaşıb və hamısında məğlub olub.

Qeyd edək ki, qələbəyə baxmayaraq, Kamerun qrupda qalıb. Braziliya isə qrup lideri kimi pley-offa yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right