"Azərbaycan millisində oynadığım üçün xoşbəxtəm" "Antalyaspor"un futbolçusu

"Super Liqada forma geymək və daha çox şans qazanmaq istəyirəm. Türkiyə çempionatında adımdan söz etdirdikdən sonra Avropaya getməyi və PSJ-də oynamağı arzulayıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri DHA-ya açıqlamasında Azərbaycan U-19 millisinin üzvü Ege Bilsel deyib.

"Antalyaspor"un yarımmüdafiəçisi Azərbaycan milli komandasını seçməsi haqda da danışıb. 18 yaşlı vinger ölkəmizə gəldiyi üçün xoşbəxt olduğunu bildirib:

"Azərbaycandan gələn təklifi qəbul etməyimin səbəbi 14 yaşımdan bəri Türkiyə millisindən dəvət gəlməməsi ilə bağlıdır. Həm oyun, həm də statistikaya görə milliyə layiq olduğumu düşünürdüm. Azərbaycan da məni izləyib, klubuma məktub yolladı. Daha sonra mənimlə əlaqəyə girdilər. Prosedurları soruşduqdan sonra təklifi qəbul etdik. Ən böyük hədəflərimdən biri Türkiyənin əsas millisində oynamaqdır. Ölkəmi qürurlandırmaq və təmsil etmək istəyirəm.

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində oynayacaqdı. Qrupda İspaniya, Belçika və Lüksemburq var idi. Gözəl vitrin idi, skautlar məni izləyəcəkdi. Orada özümü daha yaxşı göstərəcəyimi düşünərək təklifi qəbul etdim. Azərbaycana getdiyim üçün xoşbəxtəm. Yaxşı ki, getmişəm. İki dövlət, bir millət anlayışını orada çox yaxşı gördüm. Çox isti qarşılandım. Bir-birimizi başa düşməkdə heç bir problem yaşamadıq. Türk olduğum üçün məni daha çox sevdiklərini hiss etdim. Orada oynadığım üçün xoşbəxtəm. Azərbaycandakı komanda yoldaşlarımın hamısının məndə xüsusi yeri var. Onları Türkiyənin ən gözəl şəhəri olan Antalyaya dəvət edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right