Yaponiya millisi dünya çempionatları tarixində yeni antirekorda imza atıb.
Newsport.az “Opta”ya istinadən xəbər verir ki, Asiya təmsilçisi DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun İspaniya ilə oyununda (2:1) 18 faiz topa sahib olub.
Bu, mundiallar tarixində qalib gələn komandanın topa ən az sahib olma faizidir.
Qeyd edək ki, E qrupunda daha əvvəl Almaniyaya da qalib gələn Yaponiya millisi 6 xalla lider kimi pley-offa yüksəlib.