Portuqaliya, Cənubi Koreya, Braziliya və İsveçrə 1/8 finalda Yenilənib

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilib və 1/8 finalın bütün cütlükləri məlum olub.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşıb və uduzub - 0:1. Qrupun digər oyununda İsveçrə Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. İsveçrəlilər bu qələbə sayəsində 1/8 finala adlayıblar.

H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub. Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.

Qed edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Yaponiya, İspaniya, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıblar. 

DÇ-2022, qrup mərhələsi, 3-cü tur

2 dekabr

G qrupu

23:00. Kamerun - Braziliya - 1:0

Qol: Abubakar, 90+3

Qırmızı vərəqə: Abubakar, 90+4 (Kamerun)

23:00. Serbiya - İsveçrə - 2:3 

Qollar: Şakiri, 20 (0:1), Mitroviç, 27 (1:1), Vlahoviç, 35 (2:1), Embolo, 44 (2:2), Freyler, 48 (2:3)

1

Braziliya

3

2

0

1

3

1

+2

6

2

İsveçrə

3

2

0

1

4

3

+1

6

3

Kamerun

3

1

1

1

4

4

0

4

4

Serbiya

3

0

1

2

5

8

-3

1

H qrupu

19:00. Qana - Uruqvay - 0:2

Qol: Arraskaeta, 26, 32

19:00. Cənubi Koreya - Portuqaliya - 2:1 

Qol: Horta, 5 (0:1), Yunq Qvon, 27 (1:1), Hvan Hi, 90+2 (2:1)

1

Portuqaliya

3

2

0

1

6

4

+2

6

2

Cənubi Koreya

3

1

1

1

4

4

0

4

3

Uruqvay

3

1

1

1

2

2

0

4

4

Qana

3

1

0

2

5

7

-2

3

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right