Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun daha dörd oyunu keçiriləcək.
Newsport.az xəbər verir ki, bu dəfə C və D qruplarında bütün suallara aydınlıq gələcək.
C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.
D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir.
Xatırladaq ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.
Dünya çempionatı
30 noyabr
C qrupu
23:00. Polşa – Argentina
Baş hakim: Danni Makkeli (Niderland).
“Stadion 974”
23:00. Səudiyyə Ərəbistanı – Meksika
Baş hakim: Maykl Oliver (İngiltərə).
“Lusail” stadionu.
Xal: Polşa – 4. Argentina – 3. Səudiyyə Ərəbistanı – 3. Meksika – 1.
D qrupu
19:00. Avstraliya – Danimarka
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
“El-Janoub” stadionu.
19:00. Tunis – Fransa
Baş hakim: Metyu Konqer (Yeni Zellandiya)
“Edyukeyşn Siti” stadionu.
Xal: Fransa – 6. Avstraliya – 3. Danimarka – 1. Tunis – 1.