Qolu kim vurub? FİFA açıqladı

FİFA Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun DÇ-2022-nin qrup mərhələsinin 2-ci turda Uruqvaya qarşı matçda (2:0) 1-ci qolun vurulması zamanı topa toxunmadığını təsdiqləyib.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, FİFA və dünya çempionatı üçün top istehsal edən "Adidas"ın oyun topuna yerləşdirilən sensordan aldığı məlumatlara əsasən, 37 yaşlı hücumçunun topa toxunmadığı dəqiqləşib.

“Adidas"ın texnologiyası sayəsində əminliklə deyə bilərik ki, Kriştiano Ronaldo ilk qol zamanı topa başı ilə toxunmayıb. Həmin an topa kənar qüvvə təsir etmirdi. Bu, ölçmələrimizdə dalğalanmaların olmaması ilə göstərilir. Topun içərisinə yerləşdirilmiş 500Hz IMU sensoru bu analizdə çox dəqiq olmağa imkan verir” - deyə FİFA-dan ESPN-ə bildirib.

DÇ-2022-də istifadə edilən hər topda oyunçuların etdiyi hər toxunuşu qeyd edən sensor var. Bu texnologiya “ofsaydları, eləcə də aşkar olmayan toxunuşları aşkar etməyə kömək etmək” üçün təqdim edilib.

Qeyd edək ki, Bruno Fernandeşin ilk qolu vurduğu zaman Ronaldo topa başı ilə zərbə vurmağa çalışıb. Əvvəlcə qol Ronaldonun adına yazılsa da, sonradan FİFA qolu Fernandeşin adına yazıb.

Xatırladaq ki, Portuqaliyanın FİFA-ya bu qolun müəllifi Ronaldo olduğuna dair sübutlar göndərəcəyi bildirilirdi. Hücumçu da topa toxunduğundan əmin olduğunu söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right