Nasser Əl-Xelaifi: “Bu, hələ başlanğıcdır”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “Qatar Sports Investments” şrkətinin klubu sata biləcəyi haqda deyilənlərə münasibət bildirib. O, vətənində təşkil olunan Dünya Çempionatından sonra Fransa klubundan imtina edəcəyi barədə şayiələri təkzib edib:

“Melə suallar məni güldürür. Doğrudanmı, ciddi-ciddi cavab verməliyəm? Mənə zarafat kimi gəlir. Bu, böyük layihənin sadəcə, başlanğıcıdı. İkinci mərhələyə keçəndə inanılmaz bir böyümə görəcəksiz. İndi bunun astanasındayıq. Ən həyacanlı günlər hələ qarşıdadı”.

Ərəb milyarder davam edib:

“İnvestorlardan layihəmizə böyük maraq var. Klubumuzun səhmlərinin bir hissəsini istəyirlər. Və bu, mümkündür. Klubumuzun dəyəri 4 milyard avronu aşıb. PSJ-ni satmaq fikrimiz yoxdur, amma dəyərinin artması sevindirir. Sıfırdan bir marka yaratdıq və indi əməyimizin bəhrəsini görürük. Unutmayın, bu, hələ başlanğıcdır, layihəmiz uzunmüddətlidir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right