Türkiyə millisinin daha bir üzvü "Roma"da oynamağa yaxındır

"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi "Roma"nın transfer siyahısında yer alıb.

"Canavarlar" türkiyəli müdafiəçini heyətinə qatmaqda israrlıdır.

Romalılar qışda Türkiyə millisinin üzvünü transfer etmək üçün danışıqlar aparacaq. 

26 yaşlı müdafiəçi “Altınordu”, “Frayburq”da oynadıqdan sonra 2018-ci ildə “Lester”ə keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right