Luis Enrike: "Final matçını oynamaq üçün 18-də Dohada görüşəcəyimizlə bağlı danışdıq"

İspaniya millisinin baş məşqçisi Luis Enrike Almaniya yığmasının çalışdırıcısı Hanse-Diter Flikdən danışıb.

Newsport.az "sport.es"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra almaniyalı həmkarı ilə finalda qarşılaşacaqları barədə söhbət etdiklərini deyib:

"Fliki xüsusilə bəyənirəm. Çünki çox savadlıdır, futbol səviyyəsi də çox yüksəkdir. Üstəlik, komandadakı futbolçular da ona hörmətlə yanaşırlar. Finalda qarşılaşacağımızla bağlı razılaşdıq. Hamı bilir ki, Almaniya ilə yenidən qarşılaşmağın yeganə yolu turnirin finalındadır. Zarafat və ya ciddi, final matçını oynamaq üçün 18-də Dohada görüşəcəyimizlə bağlı danışdıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right