Portuqaliyanın prezidenti: “Bu, böyük sevincdir”

Portuqaliyanın prezidenti Marselo Rebelo de Souza futbol üzrə milli komandanın DÇ-2022-nin ikinci turunun Uruqvay üzərində qələbəsindən (2:0) danışıb.

Newsport.az xəbər verir ki, ölkə rəhbəri komandanın qələbəyə layiq oynadığını bildirib:

“Möhtəşəm matç oldu. Biz Uruqvayı məğlub edə bildik. Bu dəfə hər şey çox yaxşı keçdi. Komanda gözəl oyun nümayiş etdirdi və qələbəyə layiq idi. Bu, ölkə üçün böyük sevincdir”.

H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.

Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right