Pepe mundiallar tarixinin ən yaşlı oyunçularından birinə çevrildi

Portuqaliya millisinin futbolçusu Pepe dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb.

Newsport.az xəbər verir ki, təcrübəli müdafiəçi buna Qətərdə keçirilən mundialda Uruqvaya qarşı oyunda iştirak etməklə nail olub.

Pepe turnir tarixinin ən yaşlı meydan oyunçularının siyahısında üçüncü pilləyə yüksəlib. O, 39 yaş 275 günündə bunu bacarıb.

İlk sırada kamerunlu Roje Milla (42 yaş 39 gün), ikinci yerdə isə kanadalı Atiba Hatçinson (39 yaş, 292 gün) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right