Niderland, Seneqal, ABŞ və İngiltərə 1/8 finalda Yenilənib

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - üçüncü tura start veriləcək.

Newsport.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.

B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.

Xatırladaq ki, iki turdan sonra Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Dünya çempionatı
29 noyabr

A qrupu

19:00. Ekvador - Seneqal
Baş hakim: Kleman Türpen (Fransa).
"Xəlifə" stadionu.

19:00. Niderland - Qətər
Baş hakim: Bakari Qassama (Qambiya).
"Əl Beyt" stadionu.

Xal: Niderland - 4, Ekvador - 4, Seneqal - 3, Qətər - 0.

B qrupu

23:00İran - ABŞ 0:1

Qol: Kristian Pulişiç, 39

Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.

 

23:00. Uels - İngiltərə 0:3

Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 52

Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Əhməd ibn Əli" stadionu.

Xal: İngiltərə - 4, İran - 3, ABŞ - 2, Uels - 1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right