Portuqaliyalı məşqçi DÇ-2022-nin tarixinə düşdü

Cənubi Koreya milli komandasının baş məşqçisi Paulo Bento Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis cari mundialda qırmızı vərəqə alan ilk baş məşqçi olub.

Qana ilə matçın baş hakimi Entoni Teylor son dəqiqələrdə Asiya təmsilçisinin künc zərbəsini yerinə yetirməsinə imkan verməyib. Meydana daxil olaraq referinin qərarına sərt etiraz edən Bento birbaşa qırmızı vərəqə ilə cəzalanıb.

Görüş Cənubi Koreyanın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right