DÇ-2022: “Son görüşdə səhvsiz oynamalıyıq”

Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Xorvatiya yığması ilə oyunundan gözləntilərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, Xorvatiya millisinin heyəti haqda fikir bildirib:

“Biz Xorvatiya millisinin nə qədər güclü olduğunu bilirik. İstedadlı oyunçuları var. Son dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Qrup mərhələsinin ilk iki oyununda yaxşı çıxış etmədik. Ona görə də, son görüşdə səhvsiz oynamalıyıq”.

Belçika millisi DÇ-2022-nin F qrupunda 2 turdan sonra 3 xalla 3-cü pillədə qərarlaşıb. Komanda sonuncu turda Xorvatiya yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right