Dünya çempionatlarında bunu bacaran ilk ispaniyalı oldu

İspaniya millisinin üzvü Alvaro Morata yığmada ilkə imza atıb.
 
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna DÇ-2022-nin 2-ci turunda ötən gecə Almaniya ilə matçda (1:1) ehtiyatdan meydana çıxaraq fərqlənməklə nail olub. Morata daha əvvəl 1-ci turda Kosta Rika ilə görüşdə də eyni uğura yiyələnib. Mundiallar tarixində daha əvvəl heç bir ispan oyunçu ardıcıl 2 matçda ehtiyatdan meydana çıxaraq qol vurmağı bacarmayıb.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right